23 oktyabr 2024. Çərşənbə

İbrahimoviç əməliyyat olundu: karyerasını bitirir?


İbrahimoviç əməliyyat olundu: karyerasını bitirir?
 İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç əməliyyat olunub. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Dünən sol dizindən əməliyyat olunan 40 yaşlı ulduz futbolçunun 7-8 ay yaşıl meydandan uzaq qalacağı vurğulanıb.
 
Daha əvvəl isveçli hücumçunun peşəkar səviyyədə çıxışını davam etdirmək istədiyi, lakin hələlik yekun qərar vermədiyi bildirilirdi. İtaliya mətbuatında "Milan"ın İbrahimoviçə 2.5 milyon avro ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.
 
İbrahimoviç əgər karyerasını bitirərsə ötən aylarda dünyasını dəyişən meneceri Mino Rayolanın şirkətində işə başlaya bilər. 
 
Xatırladaq ki, sonuncu dəfə 2010/2011 mövsümündə İtaliya çempionu olan “Milan”ın hücumçusu bu mövsüm yenidən A Seriyasını qazanıb. İbrahimoviç geridə qalan mövsümdə “Milan”ın heyətində bütün turnirlərdə 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.






İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"