- İtaliya S.A.
- 15:41 21.11.2024
“Milan” klubu fransalı futbolçusu Temue Bakayoko ilə bağlı qərarını verib.
Corner.az-ın məlumatına görə, məşqə bir saat gecikən futbolçu 90 min avro cərimələnib.
İtaliya təmsilçisi həmçinin onunla müqavilə bağlamamaq barədə də qərarını verib. “Chelsea”yə məxsus futbolçu mövsüm başa çatdıqda sonra Londona qayıdacaq.
Qeyd edək ki, 24 yaşlı futbolçunu ötən ilin yayında 5 milyon avroya icarəyə götürən “Milan” onu 35 milyona transfer etmək hüququna da sahib idi.