- İtaliya S.A.
- 15:41 21.11.2024
Klaudio Ranyeri mövsümün sonunda "Roma"nın baş məşqçi postunu tərk edəcək.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə 67 yaşlı mütəxəsis keçirdiyi mətbuat konfransında açıqlama verib.O, mövsümün sonunda "Roma"dan ayrılacağını qeyd edib: "Bura klub məni dəvət etdiyi üçün gəldim. İki ay ərzində burada işləmək çox həyəcanlı idi. Mövsümün sonunda klubdakı işim başa çatacaq".
"Roma" İtaliya çempionatında 35 turdan sonra 59 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Klaudio Ranyeri 2019-cu ilin martında kluba Eusebio di Françeskonun əvəzinə baş məşqçi təyin olunub.