1 oktyabr 2026. Cümə axşamı

Milan və İnter yeni mövsümə qələbə ilə başladı


Milan və İnter yeni mövsümə qələbə ilə başladı

İtaliya A Seriyasında yeni mövsümə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Son çempion “Milan” doğma meydanda “Udineze”ni qəbul edib və  inamlı qələbəyə sevinib. Səfərdə “Leççe”nin qonağı olan “İnter” isə çətin qələbə qazanıb. “Atalanta” səfərdə “Sampdoriya”nı, “Torino” da “Monza”nı məğlub edib.

İtaliya A Seriyası
1-ci tur
13 avqust

Milan - Udineze 4:2
Qol: T.Hernandes, 11-pen. Rebiç, 15; 68. B.Dias, 46 – Bekao, 2. Masina, 45+3.

Sampdoriya – Atalanta 0:2
Qol: Toloy, 26. Lukman, 90+4.

Leççe – İnter 1:2
Qol: Sisey, 48 – Lukaku, 2. Dumfris, 90+4.

Monza – Torino 1:2
Qol: Mota, 90+4 – Mirançuk, 43. Sanabriya, 66.







İtaliya S.A.