30 iyul 2026. Cümə axşamı

Gürcü futbolçu Napoli'də ilkə imza atdı


Gürcü futbolçu Napoli'də ilkə imza atdı
Gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya İtaliyanın “Napoli” klubunda yeni uğura imza atıb. Corner.az xəbər verir ki, 21 yaşlı hücumçu 2003/04 mövsümündən bəri Neapol təmsilçisindəki debüt oyununda qol və məhsuldar ötürmə ilə yadda qalan ilk oyunçu olub.
 
Kvaratsxeliya buna “Verona”nı səfərdə 5:2 hesabı ilə qalib gəldikləri 1-ci turun oyununda nail olub. Gürcüstan millisinin üzvü 37-ci dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb. 55-ci dəqiqədə isə o, polşalı Pyotr Zelinskinin qol vurması üçün məhsuldar ötürmə verib.
 
Xviça Azərbaycan millisinin keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.






İtaliya S.A.

"Mənim üçün yalnız "Roma" var"
  • İtaliya S.A.
  • 00:53 29.07.2026
"Mənim üçün yalnız "Roma" var"
"Milan"da yeni layihə qururuq"
  • İtaliya S.A.
  • 23:00 28.07.2026
"Milan"da yeni layihə qururuq"
"Hələlik namizəd yoxdur"
  • İtaliya S.A.
  • 16:45 26.07.2026
"Hələlik namizəd yoxdur"