15 avqust 2026. Şənbə

Roma'nın futbolçusunun ayağı sındı


Roma'nın futbolçusunun ayağı sındı

İtaliyanın "Roma" klubunun futbolçusu Corcinyo Veynaldum sıradan çıxıb.

Corner.az "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, məşq zamanı 31  yaşlı yarımmüdafiəçinin sağ ayağının baldır sümüyü sınıb.

"Canavarlar" niderlandlı oyunçunu zədələyən komanda yoldaşının adını isə açıqlamayıb. Futbolçunun yaxın günlərdə müayinədən keçəcəyi diqqətə çatdırılıb.

Veynaldumun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, Corcinyo Veynaldum "Roma"ya bu ay Fransa PSJ-sindən keçib.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi