30 iyun 2026. Çərşənbə axşamı

Kvaratsxeliya İtaliyada ayın ən yaxşısı seçildi


Kvaratsxeliya İtaliyada ayın ən yaxşısı seçildi
İtaliya A Seriyasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.Corner.az İtaliya Futbol Assosiasiyasının saytına istinadən xəbər verir ki, "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ötən ayın ən yaxşı oyunçusu seçilib.
 
21 yaşlı futbolçu avqustda Seriya A çempionatında meydana çıxdığı 4 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
 
Xatırladaq ki, Gürcüstan millisinin futbolçusu bu yay Batumi “Dinamo”sundan “Napoli"yə keçib. Onun atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də oynayıb. O, Azərbaycan milli komandasının da formasını geyinib.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı