- İtaliya S.A.
- 15:41 21.11.2024
İtaliya A Seriyasında 5-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, son gündə daha 3 qarşılaşma baş tutub.
“Salernitana” - “Empoli” matçında qalib müəyyənləşməyib. “Atalanta” səfərdə “Montsa”nın qonağı olub və turu inamlı qələbə ilə başa vurub. “Torino” isə doğma meydanda “Leççe”ni qəbul edib və minimal hesabla qalib gəlib.
5 turdan sonra 13 xala malik “Atalanta” vahid liderdir. “Napoli” və “Milan”ın 11 xalı var. “Udineze”, “Roma” və “Torino” 10 xalla 4-6-cı pillələri bölüşürlər. “Yuventus”la “İnter”in 9, “Latsio”nun isə 8 xalı var.
İtaliya A Seriyası
5-ci tur
3 sentyabr
Fiorentina – Yuventus 1:1
Qol: Kuame, 29 – Milik, 9.
Milan – İnter 3:2
Qol: Leau, 28; 60. Jiru, 54 – Brozoviç, 21. Dzeko, 67.
Latsio – Napoli 1:2
Qollar: Zakkayni, 4 – Kim, 38. Kvaratsxeliya, 61.
4 sentyabr
Kremoneze – Sassuolo 0:0
Spetsiya – Bolonya 2:2
Qol: Bastoni, 45+2. Sxauten, 54-öz qapısına – Arnautoviç, 7; 64.
Verona – Sampdoriya 2:1
Qol: Audero, 44-öz qapısına. Doiq, 45+3 – Kaputo, 40.
Udineze – Roma 4:0
Qol: Udoqi, 5. Samardziç, 56. Pereyra, 75. Lovriç, 82.
5 sentyabr
Salernitana – Empoli 2:2
Qol: Mazokki, 39. Dia, 61 – Satriano, 31. Lammers, 81.
Montsa – Atalanta 0:2
Qol: Hoylund, 57. Marlon, 65-öz qapısına.
Torino – Leççe 1:0
Qol: Vlaşiç, 40.