30 iyun 2026. Çərşənbə axşamı

A Seriya klubu baş məşqçisiz qaldı


A Seriya klubu baş məşqçisiz qaldı
İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mixayloviç istefaya göndərilib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Buna səbəb komandanın yeni mövsümə uğursuz başlaması olub. "Bolonya" 5 turdan sonra 3 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
 
Onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkən 53 yaşlı baş məşqçi 2019-cu ildən İtaliya klubuna rəhbərlik edirdi.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı