30 iyun 2026. Çərşənbə axşamı

Pol Poqba əməliyyat olundu


Pol  Poqba əməliyyat olundu

İtaliyanın "Yuventus" komandasının futbolçusu Pol Poqba diz qapağından əməliyyat olunub.

Corner.az-ın məlumatına görə, bu barədə fransalı yarımmüdafiəçinin özü sosial şəbəkə hesabında yazıb.

“Yaxşıyam, əməliyyat uğurla keçdi. İndi planlar ən qısa zamanda sağalıb meydana qayıtmaqdır. Xoş arzularınıza və dəstəyinizə görə sizə təşəkkür etmək istəyirəm.

Psixoloji cəhətdən bütün çətinliklərə, travmalara və digər problemlərə baxmayaraq, yaxşıyam. Biz ancaq irəliləyirik”, - Poqba yazıb.

İlkin məlumata görə, 29 yaşlı yarımmüdafiəçi 6 həftə oyunlarda iştirak etməyəcək.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı