23 oktyabr 2024. Çərşənbə

A Seriyasında 67 il idi belə hal qeydə alınmırdı


A Seriyasında 67 il idi belə hal qeydə alınmırdı
Futbol üzrə İtaliya A Seriyasının 7-ci turu nəhənglərin məğlubiyyəti ilə əlamətdar oldu. Corner.az xəbər verir ki, “Yuventus”un səfərdə “Montsa”ya (0:1), “İnter” isə “Udineze”yə (1:3) uduzduğu turda, “Milan”la “Roma” da müvafiq olaraq “Napoli” (1:2) və “Atalanta” (0:1) ilə ev oyunlarından məğlub ayrıldı.
 
Ötən gün baş tutan bu oyunların nəticəsi 67 il sonra gələn bir ilki rəsmiləşdirib. Belə ki, İtaliyanın 4 böyük klubunun eyni gündə məğlub olmasına sonuncu dəfə məhz 67 il öncə rast gəlinmişdi. Bu, 1955-ci ilin 13 fevralında qeydə alınmışdı.
 
A Seriyasında 7 turdan sonra 17 xala malik “Napoli” və “Atalanta” zirvəyə şərikdirlər. “Udineze” 16 xalla üçüncü pillədə qərarlaşıb. “Latsio” və “Milan”ın 14, “Roma”nın 13, “İnter”in 12, “Yuventus”la “Torino”nun 10 xalı var.






İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"