23 oktyabr 2024. Çərşənbə

Roma'da ciddi itki


Roma'da ciddi itki
İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Rik Karsdrop sıradan çıxıb. 
 
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutan HJK (Finlandiya) ilə ev oyununda zədələnən futbolçu ötən gün sol dizindən əməliyyat olunub.
 
Klubun yaydığı məlumata görə, İsveçrədə baş tutan əməliyyat uğurlu alındığı vurğulanıb. Futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb. 
 
İtaliya mətbuatı isə Karsdropun bərpasının azı 2 ay çəkəcəyini bildirib. Niderlandlı futbolçu bu mövsüm meydana çıxdığı 5 oyunda 373 dəqiqə meydanda olmuşdu.
 
“Roma” hücumçusu Paulo Dibala ilə yarımmüdafiəçi Lorenso Pelleqrini də sıradan çıxıb. Dibala A Seriyası çərçivəsində baş tutan “Atalanta” ilə matçdan öncə isinmə hərəkətləri edərkən zədələnib və bu oyunu buraxmaq məcburiyyətində qalıb. Pelleqrini isə bu qarşılaşmanın gedişində zədələnib. Sözgedən futbolçuların zədəsi çox da ciddi olmadığı və təxminən 2 həftə sonra sraya dönəcəkləri vurğulanıb.
 







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"