30 iyun 2026. Çərşənbə axşamı

Mourinyonun cəzası açıqlandı


Mourinyonun cəzası açıqlandı
İtaliya Futbol Federasiyası "Roma"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb. Corner.az xəbər verir ki, A Seriyasının 7-ci turunda "Atalanta" ilə oyunda qırmızı vərəqə alan portuqaliyalı mütəxəssis 1 oyun texniki zonada yer almayacaq.
 
Bildirək ki, təcrübəli çalışdırıcı oyun zamanı meydana daxil olaraq futbolçusuna qarşı cərimə meydançasındakı kobudluğa görə penalti təyin etməyən hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalanmışdı. Təcrübəli mütəxəssis oyundan sonra da matçın hakimlərini tənqid etmişdi. Buna görə onun 3 oyunluq cəzalanacağı gözlənilsə də, İtaliya Futbol Federasiyası bu dəfə Mourinyonun “günahından keçib”.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı