30 iyun 2026. Çərşənbə axşamı

Andrey Şevçenko ilə müqaviləyə xitam verildi


Andrey Şevçenko ilə müqaviləyə xitam verildi
İtaliyanın “Cenoa” klubu baş məşqçisi Andrey Şevçenko ilə müqaviləni ləğv edib. Corner.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Ukraynalı çalışdırıcı 2021-ci ilin noyabrından dekabrınadək A Seriyası təmsilçisini çalışdırıb. Onun rəhbərliyi altında komanda  7 oyunda uduzub, 3 qarşılaşmada heç-heçə edib, 1 görüşdə isə qalib gəlib.
 
“Cenoa” ötən ilin sonunda Şevçenkonu istefaya göndərdiyini açıqlamışdı. Amma o vəzifəsindən kənarlaşdırılsa da klubla müqaviləsi davam edirdi.
 
“Cenoa” ötən mövsümün sonunda B Seriyasına düşüb






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı