15 avqust 2026. Şənbə

A Seriyasında ilk dəfə


A Seriyasında ilk dəfə
Futbol üzrə İtaliya A Seriyasında 8-ci turun “Sassuolo” - “Salernitana” maçtında tarixi ilkə imza atılacaq. Corner.az xəbər verir ki, A Seriyasında ilk dəfə bir elita matçı qadın hakimə həvalə olunacaq.
 
Belə ki, bu qarşılaşmaya Mariya Sole Ferrieri Kaputi təyinat alıb. 31 yaşlı referi mövsüm öncəsi A Seriyasına təyinat alacaq hakimlərin siyahısında göstərilsə də, ilk dəfə məhz 8-ci turda iş başında olacaq.
 
“Sassuolo” - “Salernitana” matçı oktyabrın 2-də keçiriləcək.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi