11 aprel 2026. Şənbə

Sampdoriya İnter'in keçmiş futbolçusuna tapşırıldı


Sampdoriya İnter'in keçmiş futbolçusuna tapşırıldı
“İnter”in və “Latsio”nun sabiq yarımmüdafiəçisi Deyan Stankoviç “Sampdoriya”nın baş məşqçisi olub. Corner.az xəbər verir ki, tərəflər 30 iyun 2023-cü il tarixinədək nəzərdə tutulan müqaviləni daha bir mövsüm uzatmaq imkanı ilə imzalayıblar.
 
44 yaşlı Stankoviç futbolçu olarkən “İnter”də 326 (42 qol), “Latsio”da isə 208 (34 qol) oyuna çıxıb. O, 6 dəfə İtaliya çempionu olub. 2019-2022-ci illərdə Stankoviç “Srvena Zvezda”ya rəhbərlik edib və 3 dəfə Serbiya çempionluğunu qazanıb.
 
Oktyabrın 2-də “Sampdoriya” baş məşqçi Marko Campaolonun istefaya göndərildiyini açıqlamışdı.
 
“Sampdoriya” bu mövsüm 6 məğlubiyyət alıb və A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.






İtaliya S.A.

"Ximenesə komandada yer axtarıram"
  • İtaliya S.A.
  • 21:25 10.04.2026
"Ximenesə komandada yer axtarıram"