23 noyabr 2024. Şənbə

Paulo Dibala DÇ-2022-ni buraxa bilər


Paulo Dibala DÇ-2022-ni buraxa bilər

İtaliyanın "Roma" klubunun futbolçusu Paulo Dibala bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

Corner.az-ın məlumatına görə, buna 29 yaşlı hücumçunun A Seriyasının IX turunda "Leççe"ni 2:1 hesabı ilə məğlub etdikləri görüşdə sıradan çıxması səbəb olub.

48-ci dəqiqədə qələbə qolunu vuran argentinalı futbolçu iki dəqiqə sonra əvəzlənib.

"Canavarlar"ın baş məşqçisi Joze Mourinyo görüşdən sonra mətbuat konfransında Dibalanın zədəsinin ağır olma ehtimalı yüksək olduğunu bildirib: "Zədə çox ciddi görünür. Mən deyərdim ki, hər şey pisdir. Amma onunla danışandan sonra dəqiq nəsə söyləyə bilərəm. Düşünürəm ki, hər şey çox pisdir".

Qeyd edək ki, Paulo Dibala "Roma"nın heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 7 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.







İtaliya S.A.

Qabbia "Milan"la müqaviləsini uzadacaq
  • İtaliya S.A.
  • 14:57 21.11.2024
Qabbia "Milan"la müqaviləsini uzadacaq
"Balotelli yolunu azıb"
  • İtaliya S.A.
  • 22:34 19.11.2024
"Balotelli yolunu azıb"
"Cenoa" Qilardinonu istefaya göndərdi
  • İtaliya S.A.
  • 20:55 19.11.2024
"Cenoa" Qilardinonu istefaya göndərdi