30 iyun 2026. Çərşənbə axşamı

Paytaxt klubunda ciddi itki


Paytaxt klubunda ciddi itki
İtaliyanın “Latsio” klubu ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Çiro İmmobile zədələnib.
 
32 yaşlı futbolçu A Seriyasının 10-cu turu çərçivəsində baş tutan “Udineze” ilə oyunda (0:0) sıradan çıxıb.
 
İtalyan oyunçu bu matçın 30-cu dəqiqəsində ağır zədə alaraq meydanı erkən tərk etmək məcburiyyətində qalmışdı. Matçdan sonra tibbi müayinədən keçən oyunçunun zədəsinin ağır olduğu müəyyənləşib. Onun ən yaxşı halda 2023-cü ilin əvvəlində yaşıl meydanlara qayıdacağı ehtimal olunur.
 
Çiro İmmobilenin “Latsio” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm 14 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı