30 iyun 2026. Çərşənbə axşamı

UEFA Eriksenə görə İnter'ə təzminat ödədi


UEFA Eriksenə görə İnter'ə təzminat ödədi
“İnter” klubu yarımmüdafiəçi Kristian Eriksenin AÇ-2020-də ürək tutmasına görə UEFA-dan maddi təzminat alıb. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təzminatın məbləği 3 milyon avro təşkil edib.
 
Həmin vaxt “İnter”də çıxış edən 30 yaşlı danimarkalı oyunçunun UEFA-nın himayəsində olan matçda ürəyi dayandığı üçün Avropa futbol qurumu bu məbləği ödəməli olub.
 
Hazırda “Mançester Yunayted”də forma geyinən Eriksenin 2021-ci ildə, AÇ-2020-də Danimarka millisinin heyətində oynayarkən ürəyi tutmuşdu. Bundan sonra futbolçuya defibrilator quraşdırılıb.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı