1 oktyabr 2026. Cümə axşamı

Kvaratsxeliya Atalanta'ya qarşı oynamayacaq


Kvaratsxeliya Atalanta'ya qarşı oynamayacaq
“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya A Seriyasının 13-cü turunda "Atalanta" ilə oyunu buraxacaq. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Gürcü futbolçu sözügedən oyun üçün açıqlanmış heyətə daxil edilməyib. Buna səbəb onun belində kəskin ağrıların olması göstərilib. Kvaratsxeliyanın bərpası müddəti barədə məlumat verilməyib.
 
21 yaşlı futbolçu bu mövsüm "Napoli"nin heyətində 17 oyunda 8 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
 
“Atalanta" - "Napoli" oyunu noyabrın 5-də keçiriləcək.






İtaliya S.A.