8 aprel 2026. Çərşənbə

Roma Latsio'ya, İnter Yuventus'a uduzdu


Roma Latsio'ya, İnter Yuventus'a uduzdu

İtaliya A Seriyasında 13-cü tura yekun vurulub.

Corner.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

“Bolonya” doğma meydanda “Torino”nu, “Montsa” “Verona”nı məğlub yola salıb.Səfərdə “Sampdoriya” ilə qarşılaşan “Fiorentina” da inamlı qazanıb.

 “Yuventus” da “İnter”lə ev oyunundan inamlı qələbəyə sevinib. Paytaxt derbisində isə “Latsio” “Roma” üzərində minimal hesablı qələbə qazanıb.

13 turdan sonra 35 xala malik “Napoli” vahid liderdir. “Milan”ın 29, “Latsio” və “Atalanta”nın 27 xalı var. “Yuventus”la “Roma” isə 25 xal toplayıb. “İnter” də 24 xalla 7-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası
13-cü tur
4 noyabr

Udineze – Leççe 1:1
Qol: Beto, 68 – Kolombo, 33.

5 noyabr

Empoli – Sassuolo 1:0
Qol: Baldanzi, 64.

Salernitana – Kremoneze 2:2
Qol: Pyontek, 3. Kulibali, 38 – Okereke, 12. Çiofani, 89.

Atalanta – Napoli 1:2
Qol: Lukman, 19 – Osimhen, 23. Elmas, 35.

Milan – Spetsiya 2:1
Qol: T.Hernandes, 21. Jiru, 89 – Maldini, 59.

6 noyabr

Bolonya – Torino 2:1
Qol: Orsolini, 64. Poş, 73 – Lukiç, 26-pen.

Montsa – Verona 2:0
Qol: Auqusto, 68. Kolpani, 90.

Sampdoriya – Fiorentina 0:2
Qol: Bonaventura, 4. Milenkoviç, 58.

Roma – Latsio 0:1
Qol: F.Anderson, 29.

Yuventus – İnter 2:0
Qol: Rabyo, 52. Facioli, 84.







İtaliya S.A.

“Yuventus”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:11 06.04.2026
“Yuventus”dan inamlı qələbə
Konte İtaliya millisinə qayıda bilər
  • İtaliya S.A.
  • 22:27 05.04.2026
Konte İtaliya millisinə qayıda bilər
"Bastoni "İnter"də xoşbəxtdir"
  • İtaliya S.A.
  • 23:54 04.04.2026
"Bastoni "İnter"də xoşbəxtdir"