28 iyul 2026. Çərşənbə axşamı

Milan'la Yuventus'dan evdə, İnter'dən səfərdə qələbə


Milan'la Yuventus'dan evdə, İnter'dən səfərdə qələbə

İtaliya A Seriyasında 15-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Roma” - “Torino" qalib müəyyənləşməyib. “Montsa” doğma meydanda “Salernitana”nı darmadağınla yola salıbsa, “Verona” “Spetsiya”ya məğlub olub. Beş qolluq “Atalanta” - “İnter” matçında qonaqlar qalib gəlib. “Milan” da “Fiorentina” ilə ev oyununda çətin qələbə qazanıb. “Yuventus” isə “Latsio” ilə görüşdə 3 xalı 3 cavabsız qolla qazanıb.

15 turdan sonra 41 xala malik “Napoli” vahid liderdir. İkinci pillədəki “Milan”ın 33, üçüncü olan “Yuventus”un 31 xalı var. “Latsio” və “İnter” 30, “Atalanta” və “Roma” 27 xal toplayıb.

İtaliya A Seriyası
15-ci tur
11 noyabr

Empoli – Kremoneze 2:0
Qol: Kambyaqi, 46. Parisi, 88.

12 noyabr

Napoli – Udineze 3:2
Qol: Osimhen, 15. Zelinski, 31. Elmas, 58 – Nesterovski, 79. Samardziç, 82.

Sampdoriya – Leççe 0:2
Qol: Kolombo, 45+1. Banda, 83.

Bolonya – Sassuolo 3:0
Qol: Ebişer, 30. Arnautoviç, 50. Ferquson, 78.

13 noyabr

Atalanta – İnter 2:3
Qol: Lukman, 25. Palomino, 77 – Dzeko, 36; 56. Palomino, 61-öz qapısına.

Roma – Torino 1:1
Qol: Matiç, 90+4 – Linetti, 55.

Montsa – Salernitana 3:0
Qol: Auqusto, 24. Mota, 35. Pessina, 76-pen.

Verona – Spetsiya 1:2
Qol: Verdi, 30 – Nzola, 53; 69.

Milan – Fiorentina 2:1
Qol: Leao, 2. Milenkoviç, 90+2-öz qapısına – Barak, 28.

Yuventus – Latsio 3:0
Qol: Kin, 43; 54. Milik, 90.







İtaliya S.A.

"Hələlik namizəd yoxdur"
  • İtaliya S.A.
  • 16:45 26.07.2026
"Hələlik namizəd yoxdur"
"Hazırda mən "Milan"ın futbolçusuyam"
  • İtaliya S.A.
  • 23:14 24.07.2026
"Hazırda mən "Milan"ın futbolçusuyam"