7 aprel 2026. Çərşənbə axşamı

Yuventus avrokuboklardan kənarlaşdırıla bilər


Yuventus avrokuboklardan kənarlaşdırıla bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı UEFA “Yuventus”u avrokuboklarda iştirakdan kənarlaşdıra bilər. Corner.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, maliyyə pozuntusu faktı təsdiqləndiyi halda, beynəlxalq turnirlərdən kənarlaşdırılma şəklində sanksiya “Yuventus”a şamil olunacaq. Hazırda “Qoca sinyora” ilə bağlı araşdırma aparılır.

Bildirək ki, daha əvvəl mətbuatda koronavirus pandemiyası zamanı “Yuventus”un gizli şəkildə oyunçularına maaş ödədiyi barədə iddialar yayılmışdı, baxmayaraq ki, klub oyunçuların müvəqqəti olaraq puldan imtina etdiyini də diqqətə çatdırmışdı. Turin təmsilçisi 17 futbolçusuna təxminən 60 milyon avro ödəyib. Futbolçuların maaşdan imtina etməsi ictimaiyyətə açıqlansa da, “Yuventus” rəhbərliyi futbolçularla gizli müqavilələr bağlayıb, böyük məbləğdə pul ödəyib.yu







İtaliya S.A.

“Yuventus”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:11 06.04.2026
“Yuventus”dan inamlı qələbə
Konte İtaliya millisinə qayıda bilər
  • İtaliya S.A.
  • 22:27 05.04.2026
Konte İtaliya millisinə qayıda bilər
"Bastoni "İnter"də xoşbəxtdir"
  • İtaliya S.A.
  • 23:54 04.04.2026
"Bastoni "İnter"də xoşbəxtdir"
“Milan"dan ayrılmıram”
  • İtaliya S.A.
  • 23:22 04.04.2026
“Milan"dan ayrılmıram”