27 iyul 2026. Bazar ertəsi

Milan və Yuventus səfərdə, İnter evdə qələbə qazandı


Milan və Yuventus səfərdə, İnter evdə qələbə qazandı

İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

“Torino” - “Verona”, “Udineze” - “Empoli” və “Fiorentina” – “Montsa” və “Spetsiya” - “Atalanta” matçlarında tərəflər hərəyə 1 xalla kifayətləniblər. Səfərdə “Leççe"nin qonağı olan “Latsio” məğlubiyyətə üzülüb. “Milan” səfərdə “Salernitana”ya, “Yuventus” isə “Kremoneze”yə qalib gəlibsə, “Roma” “Bolonya”, “İnter” isə “Napoli” üzərində minimal hesablı qələbəyə sevinib.

16 turdan sonra 41 xalı olan “Napoli” vahid liderdir. “Milan” 36 xalla ikinci, “Yuventus” 34 xalla üçüncüdür. “İnter”in 33, “Latsio” və “Roma”nın 30 xalı var.

İtaliya A Seriyası
16-cı tur
4 yanvar

Salernitana – Milan 1:2
Qol: Bonatsoli, 83 – Leao, 10. Tonali, 15.

Sassuolo – Sampdoriya 1:2
Qol: Berardi, 64 – Qabbyadini, 25. Auqelyo, 28.

Spetsiya – Atalanta 2:2
Qol: Qyasi, 8. Nzola, 31 – Hoylund, 77. Paşaliç, 90+2.

Torino – Verona 1:1
Qol: Mirançuk, 64 – Dyuriç, 45.

Roma – Bolonya 1:0
Qol: Pelleqrini, 6-pen.

Leççe – Latsio 2:1
Qol: Strefetsa, 57. Kolombo, 71 – İmmobile, 14.

Kremoneze – Yuventus 0:1
Qol: Milik, 90+1.

Fiorentina – Montsa 1:1
Qol: Kabral, 19 – Auqusto, 61.

İnter – Napoli 1:0
Qol: Dzeko, 56.

Udineze – Empoli 1:1
Qol: Pereyra, 70 – Baldanzi, 3.







İtaliya S.A.

"Hələlik namizəd yoxdur"
  • İtaliya S.A.
  • 16:45 26.07.2026
"Hələlik namizəd yoxdur"
"Hazırda mən "Milan"ın futbolçusuyam"
  • İtaliya S.A.
  • 23:14 24.07.2026
"Hazırda mən "Milan"ın futbolçusuyam"