10 may 2026. Bazar günü

Napoli rekordu, Yuventus antirekordu təkrarladı


Napoli rekordu, Yuventus antirekordu təkrarladı
“Yuventus” İtaliya A Seriyasının 18-ci turunda “Napoli”yə böyük hesabla məğlub olub (1:5). Corner.az xəbər verir ki, Turin təmsilçisi 1993-cü ilin 30 mayından sonra ilk dəfə İtaliya çempionatında bir matçda 5 qol buraxıb. 
 
Öncədən “qoca sinyora” eyni hesabla “Peskara”ya məğlub olub (1:5).
 
“Napoli” isə tarixində ikinci dəfə “Yuventus”un qapısına 5 dəfə yol tapa bilib. Onlar bunu ilk dəfə 20 noyabr 1998-ci ildə bacarıb.
 
Hazırda neapollular 47 xalla İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Qoca sinyora” isə 37 xalla üçüncü pillədə qərarlaşıb.






İtaliya S.A.

“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi
De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır