30 yanvar 2026. Cümə

Qələbəyə ac idik, Milanı ...


Qələbəyə ac idik, Milanı ...

“Bu qələbə mənim üçün çox vacibdir. Xoşbəxtəm, komanda yoldaşlarıma və azarkeşlərimə təşəkkür edirəm”. Corner.az xəbər verir ki, bunu “İnter”in futbolçusu Hakan Çalhanoğlu İtaliya Superkuboku uğrunda görüşdə “Milan” üzərində qazanılan qələbədən sonra bildirib.

“La Gazzetta dello Sport”a danışan türkiyəli futbolçunun sözlərinə görə, komandası rəqibdən daha yaxşı oyun göstərib: “Rəqibdən üstün olduğumuzu göstərdik. “Milan”ın çempionluq bayramı zamanı dediyim sözlər? Bəli, məni narahat edirdi, qisas almaq istəyi güclü idi. Həmin anlarda susmağa üstünlük verdim. Bəzi şeylərə baxmaq mənim üçün xoşagəlməz idi. Bu gün isə qələbəyə ac idik. Biz “Milanı “yedik” və indi onlar bizə hörmət etməlidirlər”.

Qeyd edək ki, “İnter” “Milan”ı 3:0 hesabı ilə məğlub edib.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”