1 oktyabr 2026. Cümə axşamı

Yuventus yarımfinalda!


Yuventus yarımfinalda!

İtaliya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

“Yuventus” doğma meydanda “Latsio”nu qəbul edib və minimal hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.

Daha öncə “İnter”, “Fiorentina” və “Kremoneze” də yarımfinala yüksəlmişdi. Yarımfinalda “İnter” “Yuventus”la, “Kremoneze” isə “Fiorentina” ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları apreldə keçiriləcək.

İtaliya kuboku
1/4 final
31 yanvar

İnter – Atalanta 1:0
Qol: Darmian, 57.

1 fevral

Fiorentina – Torino 2:1
Qol: Yoviç, 64. İkone, 89 – Karamo, 90+2.

Roma – Kremoneze 1:2
Qol: Belotti, 90+4 – Dessers, 28. Z.Çelik, 49.

2 fevral

Yuventus – Latsio 1:0
Qol: Bremer, 44.







İtaliya S.A.