30 iyun 2026. Çərşənbə axşamı

Milan'ın 3000-ci oyunu


Milan'ın 3000-ci oyunu

“Milan” İtaliya çempionatları tarixində 3000-ci oyununu keçirib.

Corner.Az-ın məlumatına görə, bu, A seriyasının XXII turunda “rossonyerlər”in “Torino” üzərində 1:0 hesabı ilə qalib gəldiyi görüşə təsadüf edib.

Bununla milanlılar 3000 matç həddinə çatan 4-cü komanda olublar. Ona qədər “İnter”, “Roma” və “Yuventus” bu göstəricini keçməyi bacarıblar. “Milan” ölkə çempionatında keçirdiyi qarşılaşmaların 1458-də qələbə qazanıb, 879 dəfə heç-heçə edib və 663 oyunda məğlub olub.

“Milan” eyni zamanda “Torino” ilə görüşdə 7 oyunluq qələbə həsrətinə son qoyub. Komanda buna qədər son 7 matçın ikisində bərabərə qalıb, beşində isə rəqibinə uduzub







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı