- İtaliya S.A.
- 15:41 21.11.2024
“Yuventus”a qarşı aparılan istintaqın yeni təfərrüatları bəlli olub. Corner.az xəbər verir ki, “Corriere della Sera” qəzeti Turin klubunun keçmiş rəhbərliyinin maliyyə fırıldaqçılığı ilə bağlı söhbətlərini yayıb.
İtaliya nəhənginin sabiq baş direktoru Mauritsio Arrivabene 2021-ci il noyabrın 29-da müstəntiqlərə onların maliyyə məhdudiyyətlərindən klubun xəbərdar olduğunu bildirib: “İdman direktoru Kerubiniyə zəng edərək, ona büdcədə nəzərdə tutulandan bir qəpik də artıq xərcləməməsini dedim. Hesab edirəm ki, Anyelli mənə güvənir, çünki o, dürüst olduğumu düşünür. Son balansları oxumaq kifayət edər ki, maliyyə yox, iqtisadi gərginlik olduğu görünsün”.
Federiko Kerubini isə günahı keçmiş idman direktoru Fabio Paratiçinin üzərinə ataraq bu məsələdən yan keçməyə çalışıb: “Ən zəif oyunçumuz “Atalanta”nın ən yaxşı futbolçusu qədər qazanır. Zapata 1,8 milyon avro alır. Bir it alsaydıq, ona 3,5 milyon avro verərdik. Biz bazarda həddən artıq arxayın idik, çünki Fabio beş il əvvəl İquaini 90 milyon avroya almamışdı. O, Qabriel Jezuşu 10 milyon avroya alıb, 90 milyona satacaqdı”.
“Yuventus”un eks-prezidenti Andrea Anyelli də söhbətlərin birində klubun son illər uğursuz sərmayə yatırdığını etiraf etdiyi vurğulanıb: “Bura gəldiyim 2010-cu ildən transfer pəncərələrinin son üç günündə belə şeylər etdik. 60-70 milyon avronu tualetə atdıq”.
Qeyd edək ki, İtaliya A Seriyasının prokuroru “Yuventus”un fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə klubun ölkə birinciliyində 15 xalının silinməsini qərara alıb.