30 yanvar 2026. Cümə

İnter səfərdə xal itirdi


İnter səfərdə xal itirdi

İtaliya A Seriyasında 22-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Verona” evdə “Salernitana”nı qəbul edib və 3 xalı tək qolla qazanıb. Səfərdə “Sampdoriya”nın qonağı olan “İnter” isə bu turu xal itkisi ilə başa vurub.

22 turdan sonra 59 xala malik “Napoli” vahid liderdir. İkinci pillədəki “İnter”in 44 xalı vardırsa, “Atalanta”, “Roma” və “Milan” 41 xal toplayıb. “Latsio”nun 39, “Torino” və “Udineze”nin 30 xalı var. 15 xalı silinmiş “Yuventus” isə hazırda 29 xalla 9-cudur.

İtaliya A Seriyası
22-ci tur
10 fevral

Milan – Torino 1:0
Qol: Jiru, 62.

11 fevral

Empoli – Spetsiya 2:2
Qol: Kambyaci, 71. Vinyato, 90+4 – Verde, 25-pen; 31.

Leççe – Roma 1:1
Qol: İbanyes, 7-öz qapısına – Dibala, 17-pen.

Latsio – Atalanta 0:2
Qol: Zappakosta, 23. Hoylund, 65.

12 fevral

Udineze – Sassuolo 2:2
Qol: Udoqi, 1. Biyol, 28 – M.Henrike, 6. N.Peres, 45+2-öz qapısına.

Bolonya – Montsa 0:1
Qol: Donati, 25.

Yuventus – Fiorentina 1:0
Qol: Rabyo, 34.

Napoli – Kremoneze 3:0
Qol: Kvaratsxeliya, 22. Osimhen, 65. E.Elmas, 79.

13 fevral

Verona – Salernitana 1:0
Qol: Nqonqe, 31.

Sampdoriya – İnter 0:0







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”