- İtaliya S.A.
- 15:41 21.11.2024
Gürcüstan millisinin hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 1930-cu ildən sonra "Napoli"də bir mövsümdə 10-dan çox qol vuran ən gənc futbolçu olub.
Corner.Az-ın məlumatına görə, səfərdə "Sassuolo"ya 2:0 hesabı ilə qalib gəldikləri A Seriyasının XXIII tur oyununda fərqlənən 22 yaşlı vinger 93 illik rekordu təkrarlayıb.
İstedadlı oyunçu 12-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapmaqla görüşdə hesabı açıb.
Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.