30 yanvar 2026. Cümə

İbrahimoviç 280 gündən sonra meydana çıxdı


İbrahimoviç 280 gündən sonra meydana çıxdı
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç 280 gündən sonra ilk dəfə meydana çıxıb. Corner.az xəbər verir ki, bu, İtaliya A Seriyasının 24-cü turunun “Atalanta” ilə ev oyununa (2:0) təsadüf edib.
 
İsveçli futbolçu 74-cü dəqiqədə fransalı hücumçu Olivye Jirunun əvəzində meydana buraxılıb.
 
Xatırladaq ki, ötən ilin may ayında əməliyyat olunan İbrahimoviç ondan sonra reabilitasiya prosesi keçirdi. 42 yaşlı hücumçu ötən mövsüm 27 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə etsə də, bu mövsüm debüt şansı qazanmamışdı.






İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”