30 iyun 2026. Çərşənbə axşamı

Turin derbisində Yuventus qalib gəldi


Turin derbisində Yuventus qalib gəldi

İtaliya A Seriyasında 24-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

Çempionatın aşkar autsayderi “Kremoneze” doğma meydanda “Roma”nı qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşmada “canavarlar” gözlənilməz məğlubiyyətlə üzləşib.

“Yuventus” isə Turinin digər təmsilçisi “Torino” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matçda meydan sahiblərinin qələbəsiylə bitib.

Hazırda 65 xala malik “Napoli” vahid liderdir. “İnter”lə “Milan”ın 47 xal var. “Latsio” 45, “Roma” 44, “Atalanta” 41, “Yuventus”la “Bolonya” 35 xal toplayıb.

İtaliya A Seriyası
24-cü tur
25 fevral

Empoli – Napoli 0:2
Qol: İsmaili, 17-öz qapısına. Osimhen, 28.

Leççe – Sassuolo 0:1
Qol: Torstvedt, 65.

26 fevral

Bolonya – İnter 1:0
Qol: Orsolini, 76.

Salernitana – Montsa 3:0
Qol: Kulibali, 52. Kastanos, 65. Kandreva, 71.

Udineze – Spetsiya 2:2
Qol: Beto, 22. R.Pereyra, 55 – Nzola, 6; 72.

Milan – Atalanta 2:0
Qol: Musso, 25-öz qapısına. Messias, 86.

27 fevral

Verona – Fiorentina 0:3
Qol: Barak, 12. Kabral, 38. Biraqi, 89.

Latsio – Sampdoriya 1:0
Qol: Luis Alberto, 80.

28 fevral

Kremoneze – Roma 2:1
Qol: Tsadjut, 17. Çiofani, 83-pen – Spinatsola, 71.

Yuventus – Torino 4:2
Qol: Kuadrado, 16. Danilo, 45+1. Bremer, 71. Rabyo, 81 – Karamo, 2. Sanabria, 43.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı