9 may 2026. Şənbə

Derbidə məğlubiyyətsiz seriya 16-ya çatdı


Derbidə məğlubiyyətsiz seriya 16-ya çatdı
“Yuventus” İtaliya A Seriyasının 24-cü turunda qarşılaşdığı “Torino” ilə oyundan 4:2 hesablı qələbə ilə ayrılıb. Corner.az xəbər verir ki, “qoca sinyora” 16 matçdır Turin derbisində məğlubiyyət üzü görmür.
 
Bu müddətdə tərəflər A Seriyasında dörd dəfə “sülh”ə imza atıblar. 12 görüşdə isə sevinən tərəf “Yuventus” olub.
 
“Torino” sonuncu dəfə A Seriyasında “Yuventus”a 2015-ci ilin aprelində 2:1 hesabıyla qalib gəlib. Ondan sonra bu komanda İtaliya kuboku çərçivəsində də əzəli rəqibinə 2 dəfə məğlub olub. Bu oyunları da nəzərə alsaq, “Torino” 18 oyundur “Yuventus” üzərində qələbəyə həsrətdir.
 
Xatırladaq ki, “Qoca sinyora” hazırda İtaliya çempionatının turnir cədvəlində 35 xalla yeddinci, “Torino” isə 31 xalla doqquzuncudur.






İtaliya S.A.

De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə