23 oktyabr 2024. Çərşənbə

Mourinyonun cəzası ləğv edildi


Mourinyonun cəzası ləğv edildi
"Roma”nın baş məşqçisi Joze Mourinyonun cəzası ləğv edilib. Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Yuventus”la oyunda komandasının "sükanı" arxasında ola biləcək.
 
Mourinyo İtaliya A Seriyasının 24-cü turunda “Kremoneze” ilə matçda (1:2) hakimlərlə mübahisə etdiyi üçün 2 oyunluq diskvalifikasiya olunmuşdu. O, görüşdən sonra hakimlər otağına da girmişdi.
 
“Roma” baş məşqçisinin cəzalanması ilə bağlı apellyasiya verərək göstərib ki, Mourinyonun özünü belə aparmasının səbəbi 4-cü hakimin təxribatı olub. İtaliya Futbol Federasiyası cəzanın dayandırılması barədə qərar verib. Federasiyaya məşqçi ilə hakim arasında baş vermiş mübahisəni araşdırmaq üçün müəyyən qədər vaxt lazım gələcək.
 
Bu gün keçiriləcək “Roma” – “Yuventus” oyununa saat 23:45-də start veriləcək.






İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"