24 iyul 2026. Cümə

Mourinyonun cəzası açıqlandı


Mourinyonun cəzası açıqlandı
“Roma”nın baş məşqçisi Joze Mourinyo hakimlərlə mübahisəyə görə diskvalifikasiya olunub. Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya A Seriyasının 24-cü turunda “Kremoneze” ilə matçdan (1:2) sonra 2 oyunluq cəzalanmışdı.
 
Lakin apellyasiya səbəbindən “Yuventus”la görüşdə cəza dondurulmuş və Mourinyo texniki zonada komandasına rəhbərlik etmişdi. Mou apellyasiyanı uduzduğundan cəza yenidən qüvvəyə minib. O, “Sassuolo” və “Latsio” ilə oyunları buraxmalı olacaq.
 
Bu qərardan sonra “Roma” bəyan edib ki, bu qarşılaşmalar başa çatana qədər klubdan heç kim media ilə danışmayacaq.
 
Mourinyo isə qərar açıqlandıqdan sonra sosial şəbəkədə əllərini çarpaz formada tutaraq şəkil paylaşıb.






İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"