“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba yenidən sıradan çıxıb. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu komandasının məşqi zamanı əzələsində ağrılar hiss etdiyi üçün həkim müayinəsindən keçib.
Müayinə nəticəsində onun sağ bud əzələsində gərilmə aşkarlanıb.
Bu üzdən də fransalı yarımmüdafiəçinin təxminən bir aya yaxın yaşıl meydanlardan kənarda qalması gözlənilir.
Poqba bu mövsümün əvvəlində yenidən qayıtdığı “Yuventus”da zədə səbəbindən demək olar ki, forma şansı qazanmır. O, cari mövsümdə 2 oyuna çıxıb və cəmi 35 dəqiqə meydanda olub.