30 yanvar 2026. Cümə

Yuventus yenidən cəzalana bilər


Yuventus yenidən cəzalana bilər

Mövsüm ərzində 15 xalı silinən İtaliyanın “Yuventus” klubu növbəti dəfə şiddətli cəza ilə üzləşə bilər.

Corner.az xəbər verir ki, istintaq prosesi hələ də "qoca sinyora"nın maliyyə saxtakarlıqlarını araşdırmaqda davam edir. İttiham edən tərəf Turin təmsilçisini oyunçulara və menecerlərə ödənilən maaşlar, habelə şübhəli tərəfdaşlıq müqavilələri ilə günahlandırır. Məhkəmə prosesinin 2023-cü ilin sonunadək uzanacağı gözlənilir.

Əgər klub yeni ittihamlarda təqsirkar bilinərsə, ikinci dəfə 15 və 25 xal arası cəzalanacaq. Əgər proses mövsüm bitdikdən sonra yekunlaşarsa və 2022-2023-cü il mövsümündə klub hər hansısa nəticə əldə edərsə, məhkəmə “Yuventus”u qazandığı nailiyyətdən məhrum qoyacaq.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”