30 iyun 2026. Çərşənbə axşamı

Napoli Osimhen'i itirdi


Napoli Osimhen'i itirdi

"Napoli" klubunun futbolçusu Viktor Osimhen "Milan"a qarşı İtaliya A Seriyasının XXVIII tur oyununu buraxacaq.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu əzələsindən zədə alıb.

Nigeriyalı forvardın vəziyyətinə bir həftədən sonra yenidən baxılacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, aprelin 2-də baş tutacaq "Napoli" - "Milan" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cari mövsüm 23 oyunda 21 qola imza atan Osimhen A Seriyasının bombardiridir. Onun klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı