30 yanvar 2026. Cümə

Latsio Yuventus'u xalsız yola saldı


Latsio Yuventus'u xalsız yola saldı

İtaliya A Seriyasında 29-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 7 görüş baş tutub.

Dörd qolluq “Udineze” - “Montsa” və iki qolluq “Fiorentina” - “Spetsiya” matçlarında qalib müəyyənləşməyib. “Atalanta” evdə “Bolonya”ya, “Sampdoriya” “Kremoneze”yə məğlub olub. “Verona” isə “Sassuolo” ilə ev oyununda çətin qələbə qazanıb. “Yuventus” səfərdə “Latsio”ya məğlub olub. Turinin digər klubu “Torino” da evdə paytaxtın digər təmsilçisi “Roma”ya uduzub.

Hazırda 74 xala malik “Napoli” vahid liderdir. “Latsio” 38 xalla 2-ci, “Roma” 53 xalla 3-cüdür. “Milan”ın 52, “İnter”in 51, “Atalanta”nın 48 xalı var. 15 xalı silinmiş “Yuventus” isə hazırda 44 xalla 7-cidir.

İtaliya A Seriyası
29-cu tur
7 aprel

Salernitana – İnter 1:1
Qol: Kandreva, 90 – Qosens, 6.

Leççe – Napoli 1:2
Qol: Di Françeskoo, 52 – Di Lorentso, 18. Qallo, 64-öz qapısına.

Milan – Empoli 0:0

8 aprel

Udineze – Montsa 2:2
Qol: Lovriç, 18. Beto,  90+2-pen – Kolpani, 48. Rovella, 56.

Fiorentina – Spetsiya 1:1
Qol: Vişnyevski, 25-öz qapısına – Nzola, 32.

Atalanta – Bolonya 0:2
Qol: Sansone, 49. Orsolini, 86.

Sampdoriya – Kremoneze 2:3
Qol: Leris, 15. Lammers, 66 – Gilyone, 35. Loçoşvili, 85. Sernikola, 90+5.

Torino – Roma 0:1
Qol: Dibala, 8-pen.

Verona – Sassuolo 2:1
Qol: Çekkerini, 84. Qaiç, 90+5 – Harrui, 34.

Latsio – Yuventus 2:1
Qol: Milinkoviç-Saviç, 38. Zakkayni, 53 – Rabyo, 42.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”