23 iyul 2026. Cümə axşamı

İnter'in futbolçusu əməliyyat olundu


İnter'in futbolçusu əməliyyat olundu

İtaliyanın "İnter" klubunun futbolçusu Milan Şkrinyar əməliyyat olunub.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi belindən endoskopik əməliyyat keçirib.

Slovakiyalı oyunçunun yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmasa da, qarşıdakı həftələrdə bərpa olunacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Milan Şkrinyar 2017-ci ildən "İnter"də çıxış edir. Komanda UEFA Çempionlar Liqasının yarımfinalında "Milan"la üz-üzə gələcək.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"