İtaliyanın "Yuventus" klubunun silinən 15 xalı geri qaytarılıb. Corner.az xəbər verir ki, maliyyə fırıldağında ittiham olunan Turin təmsilçisinin cəzası müvəqqəti olaraq ləğv edilib.
İtaliya İdman İdarəsinin qərarından sonra xallarının sayı 59 olan "qoca sinyora" 7-ci sıradan 3-cü pilləyə yüksəlib.
Müvəqqəti xarakter daşıyan qərarın məhkəmə prosesləri davam etdiyi müddətdə qüvvədə qalacağı diqqətə çatdırılıb
Xatırladaq ki, İtaliya Futbol Federasiyasının Məhkəməsi bu ilin yanvarında "Yuventus"un 15 xalını silmişdi. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüşdü və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşmişdi.