"Milan"ın hücumçusu Zlatan İbrahimoviç zədəsini sağaldıb. Corner.az xəbər verir ki, İsveç millisinin heyətində zədələnən forvard artıq komanda ilə məşqlərə başlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı oyunçunun qarşıdakı “Leççe” ilə matça hazırlaşdığı vurğulanıb. Lakin onun bu matçda iştirakı məşqçilərin qərarından asılı olacaq.
Xatırladaq ki, “Milan” A Seriyasının 31-ci turu çərçivəsində sabah “Leççe”ni qəbul edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.