İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano “Roma”nın baş məşqçisi Joze Mourinyo barədə növbəti dəfə sərt fikirlər səsləndirib. Corner.az saytı xəbər verir ki, “canavarlar”ın keçmiş üzvü portuqaliyalı mütəxəssisi hətta bu dəfə təhqir etməkdən də çəkinməyib.
Avropa Liqasının 1/4 final mərhələsində “Feyenoord” üzərində 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksələn İtaliya klubunun çalışdırıcısı “Sky Sport Italia”ya müsahibəsində 40 yaşlı Kassanoya söz atıb.
“Studiyada sizə sual vermək istəyən çoxlu çempion var”, - deyən jurnalistə Mourinyo gülərək “Antonio Kassano studiyada deyil?” söyləyərək qarşılıq verib. Bu cavaba qəzəblənən Kassano isə belə cavab verib: “Mourinyo Avropa Liqası oyunu olan gecə mənim haqqımda danışıb. Mən güclü futbolçu olmuşam, amma nağara kimi idim. Mourinyo isə çox pis məşqçidir, hətta əsl uzunqulaqdı”.
Qeyd edək ki, “Roma” Avropa Liqasının yarımfinalında “Bayer”lə qarşılaşacaq.