18 mart 2026. Çərşənbə

Atalanta Roma'nı əliboş yola saldı


Atalanta Roma'nı əliboş yola saldı

İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.

Corner.az xəbər verir ki, son gündə bir görüş baş tutub.

“Atalanta” doğma meydanda “Roma”nı qəbul edib. Dörd qolluq matçda paytaxt təmsilçisi əliboş qayıdıb.

Hazırda 78 xala malik “Napoli” vahid liderdir. “Latsio” 61 xalla ikinci, “Yuventus” 59 xalla üçüncü pillədə qərarlaşıb. “Milan”la “Roma”nın 56, “İnter”in 54, “Atalanta”nın 52 xalı var.

İtaliya A Seriyası
31-ci tur
21 aprel

Verona – Bolonya 2:1
Qol: Verdi, 45+6-pen; 62 – N.Dominqes, 90+4.

22 aprel

Salernitana – Sassuolo 3:0
Qol: Pirola, 9. Dia, 20. Kulibali, 65.

Latsio – Torino 0:1
Qol: İliç, 43.

Sampdoriya – Spetsiya 1:1
Qol: Amione, 23 – Verde, 59.

23 aprel

Empoli – İnter 0:3
Qol: Lukaku, 48; 76. L.Martines, 88.

Montsa – Fiorentina 3:2
Qol: Biraqi, 26-öz qapısına. Mota, 43. Pessina, 59-pen – Kuame, 8. Saponara, 13.

Udineze – Kremoneze 3:0
Qol: Samardziç, 2. N.Peres, 27. Sakses, 36.

Milan – Leççe 2:0
Qol: Leao, 40; 75.

Yuventus – Napoli 0:1
Qol: Raspadori, 90+3.

24 aprel

Atalanta – Roma 3:1
Qol: Paşaliç, 39. Toloy, 74. Kopmeyners, 84 – Pelleqrini, 83.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə