23 noyabr 2024. Şənbə

UEFA Yuventus'u avrokuboklardan kənarlaşdıra bilər


UEFA Yuventus'u avrokuboklardan kənarlaşdıra bilər
UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər. Corner.az xəbər verir ki, buna Turin klubunun maliyyə fırıldağında ittiham olunması səbəb göstərilib.
  
Cəza ilə bağlı qərar qəbul edilsə, lakin turinlilər Avropa yarışları zonasından kənarda yer alarsa, o zaman cəza “Yuventus”un avrokuboklara vəsiqə qazandığı mövsümə qədər təxirə salınacaq.
 
UEFA da hazırda “Yuventus”un maliyyə fırıldaqları ilə bağlı araşdırmaları davam etdirir. Qurum Turin prokurorluğundan bütün sənədləri alıb və məhkəmə sənədlərini nəzərdən keçirir. UEFA, İtaliya Futbol Federasiyasının Federal Apellyasiya Məhkəməsinin bu iş üzrə hökmü iyunun sonuna qədər açıqlanacağına ümid etdiyini bildirib.
 
Yeni avrokubok mövsümü başlamazdan əvvəl qərar qəbul olunmasa, o zaman “Yuventus”un beynəlxalq turnirlərdə çıxışı ilə bağlı məsələyə UEFA-nın Ədalətli Oyunlar Komissiyası baxacaq.

Əlavə olaraq bildirək ki, İtaliya Futbol Federasiyasının məhkəməsi bu ilin yanvarında “Yuventus”un 15 xalını silmişdi. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüş və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşmişdi. Lakin komandanın silinən xalları aprel ayında bərpa olundu. İndi yeni məhkəmə prosesi gedir. İtaliya Futbol Federasiyasının Federal Apellyasiya Məhkəməsi işə yenidən baxmalıdır. Amma yaxın aylarda bu məsələ ilə bağlı yekun qərar verilməsə, UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıracaq. Diskvalifikasiya müddəti ən azı bir il ola bilər. “Yuve”nin mübarizə apardığı Avropa Liqasında mümkün qələbə cəzanın aradan qaldırılmasına kömək etməyəcək.






İtaliya S.A.

Qabbia "Milan"la müqaviləsini uzadacaq
  • İtaliya S.A.
  • 14:57 21.11.2024
Qabbia "Milan"la müqaviləsini uzadacaq
"Balotelli yolunu azıb"
  • İtaliya S.A.
  • 22:34 19.11.2024
"Balotelli yolunu azıb"
"Cenoa" Qilardinonu istefaya göndərdi
  • İtaliya S.A.
  • 20:55 19.11.2024
"Cenoa" Qilardinonu istefaya göndərdi