30 iyun 2026. Çərşənbə axşamı

Napoli və Yuventus xal itirdi, İnter'dən qələbə


Napoli və Yuventus xal itirdi, İnter'dən qələbə

İtaliya A Seriyasında 32-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

“İnter” evdə “Latsio” üzərində əzmkar qələbə qazanıb.  Lider “Napoli” “Salernitana” ilə ev oyununda qələbəni əldən verib Səfərdə “Bolonya”nın qonağı olan “Yuventus” da xal itkisi ilə üzləşib.  "Fiorentina" "Sampdoriya" üzərində darmadağına sevinibsə, "Sassuolo" "Empoli" ilə  ev oyununda inamlı qələbə qazanıb. "Kremoneze" - "Verona" matçında qalib müəyyənləşməyib.

Hazırda 79 xala malik “Napoli” vahid liderdir. “Latsio” 61 xalla ikinci, “Yuventus” 60 xalla üçüncü pillədə qərarlaşıb. “İnter”, “Milan” və “Roma”nın isə 57 xalı var.

İtaliya A Seriyası
32-ci tur
28 aprel

Leççe – Udineze 1:0
Qol: Strefezza, 62-pen.

Spetsiya – Montsa 0:2
Qol: Çiurria 21. K.Auqusto, 90+3.

29 aprel

Roma – Milan 1:1
Qol: Abraham, 90+4 – Salemakers, 90+7.

Torino – Atalanta 1:2
Qol: Sanabria, 75 – Zappakosta, 34. Sapata, 88.

30 aprel

İnter – Latsio 3:1
Qol: L.Martines, 78; 90. Qosens, 83 – F.Anderson, 30.

Kremoneze – Verona 1:1
Qol: Okereke, 9 – S.Verdi, 75.

Napoli – Salernitana 1:1
Qol: M.Oliveyra, 62 – B.Dia, 84.

Sassuolo – Empoli 2:1
Qol: Berardi, 82; 90+7 – Kambyaqi, 11.

Fiorentina – Sampdoriya 5:0
Qol: Kastrovilli, 45+2. Dodo, 62. Dunkan, 66. Kuame, 76. Terziç, 88.

Bolonya – Yuventus 1:1
Qol: Orsolini, 10-pen – Milik, 61.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı