“Napoli” yayda hücumçusu Xviça Kvaratsxeliyanı satmayacaq. Corner.az xəbər verir ki, Neapol klubunun prezidenti Aurelio De Laurentis gənc oyunçu üçün gələcək bütün təklifləri rədd edəcək.
Əvəzində hücumçu Viktor Osimxen və müdafiəçi Kim Min Jenin satılması gözlənilir. A seriya təmsilçisi 22 yaşlı oyunçunu ötən yay 11,5 milyon avroya transfer edib.
Fransa mətbuatının iddiasına görə, PSJ Kvaratsxeliya üçün yayda 180 milyon avro təklif edəcək.
Qeyd edək ki, gürcüstanlı forvardın “Napoli” ilə müqaviləsi 2027-ci ilə qədərdi. O, bu mövsüm bütün turnirlərdə 36 oyunda 14 qol, 16 məhsuldar ötürmə edib.