15 may 2026. Cümə

Frosinone tarixində üçüncü dəfə A seriyasında


Frosinone tarixində üçüncü dəfə A seriyasında
İtaliya A seriyasına vəsiqə qazanan ilk komanda bilinib. Corner.az xəbər verir ki, “Frosinone” tarixində üçüncü dəfə yüksək liqada iştirak etmək hüququna yiyələnib.
 
Fabio Qrossonin rəhbərlik etdiyi komanda B seriyasının XXXV turunda “Recina”nı 3:1 hesabı ilə məğlub edib. Bununla komanda sona 3 tur qalmış aktivindəki 71 xalla ilk iki pilləni rəsmiləşdirib.
 
Hazırda ikinci yerdəki “Cenoa”nın 67, üçüncü sıradakı “Bari”nin isə 61 xalı var. “Frosinone” bundan əvvəl 2015-16 və 2018-19 mövsümlərində A seriyasına vəsiqə qazansa da, hər iki mövsümdə 19-cu yeri tutaraq, elita ilə vidalaşıb.
 
Qeyd edək ki, İtaliya B seriyasında ilk iki yeri tutanlar birbaşa yüksək liqaya vəsiqə əldə edirlər. 3-8-ci yerləri tutanlar isə üçüncü vəsiqə uğrunda pley-off oyunlarında qarşılaşırlar.
 






İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi