18 mart 2026. Çərşənbə

Yuventus'la İnter qalib gəldi, Milan xal itirdi


Yuventus'la İnter qalib gəldi, Milan xal itirdi

İtaliya A Seriyasında 33-cü tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 8 görüş baş tutub.

Altı qolluq “Salernitana” – “Fiorentina” qarşılaşmasında qalib müəyyənləşməyib. Beş qolun qeydə alındığı “Atalanta” – “Spetsiya” matçında meydan sahibləri qələbəyə sevinən tərəf olub. “Sampdoriya” isə evdə “Torino”ya uduzub.

“Milan” “Kremoneze” ilə ev oyununda xal itiribsə, “Roma” “Montsa” ilə səfər görüşündə eyni aqibəti yaşayıb. “Yuventus” “Leççe”, “Latsio” isə “Sassuolo” üzərində qələbə qazanıb. Səfərdə “Verona”nın qonağı olan “İnter” isə turu darmadağınla başa vurub.

İtaliya A Seriyası
33-cü tur
3 may

Atalanta – Spetsiya 3:2
Qol: De Roon, 32. Zappakosta, 48. Muriel, 54 – Qyasi, 18. Burabiya, 64.

Yuventus – Leççe 2:1
Qol: Paredes, 15. Vlahoviç, 40 – Sisey, 37.

Salernitana – Fiorentina 3:3
Qol: B.Dia, 10; 59; 81-pen – N.Qonsales, 36. İkone, 71. Biraqi, 84.

Sampdoriya – Torino 0:2
Qol: Bonjorno, 31. Pelleqri, 90+4.

Milan – Kremoneze 1:1
Qol: Messias, 90+3 – Okereke, 77.

Latsio – Sassuolo 2:0
Qol: F.Anderson, 14. Başiç, 90+2.

Montsa – Roma 1:1
Qol: Kaldirola, 39 – El Şaaravi, 24.

Verona – İnter 0:6
Qol: Qaiç, 31-öz qapısına. H.Çalhanoğlu, 36. Dzeko, 37; 61. L.Martines, 55; 90+2







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə